owl detail 620 7c1da871b1476bc64cb0b6a2f985498e

Macarıstanın xarici işlər naziri Peter Siyarto Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında baş tutan telefon danışığını şərh edib.

Globalinfo.az xəbər verir ki, nazir bu barədə X  sosial media platformasında paylaşım edib.

Siyarto qeyd edib ki, iki böyük gücün birbaşa dialoqa başlaması qlobal sabitlik baxımından mühüm hadisədir:

“Söhbətin baş tutması artıq özlüyündə müsbət addımdır. Dünya yeni gərginliklərdən çox, dialoqa ehtiyac duyur”.

Xatırladaq ki, oktyabrın 16-da Tramp və Putin arasında təxminən iki saat davam edən telefon danışığı olub. ABŞ lideri danışıqlar zamanı böyük irəliləyiş əldə edildiyini bildirib.

Tahir Turan
Globalinfo.az

Paylaş: