owl detail 620 a18e23bf22f4badbf9a7c1c2ae58ef55

Aİ həmkarları ilə görüşlərdə Ukraynaya əlavə hərbi yardımın əleyhinə çıxacam.

Globalinfo.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto “Facebook” səhifəsində  bildirib.

Siyarto 20 oktyabr bazar ertəsi Lüksemburqda keçiriləcək Aİ Xarici Əlaqələr Şurası və Enerji Şurası iclaslarında Macarıstanın maraqlarını qoruyacağını vurğulayıb.

O bildirib ki, Xarici Əlaqələr Şurasında bəzi ölkələr ukraynalılara daha çox pul və silah verilməsini təklif edərək döyüş atmosferini qızışdırmaq istəyir, Enerji Şurasında isə Rusiyadan qaz və neft alımına qadağa qoyulmasının Macarıstanın enerji təhlükəsizliyinə zərər verəcəyini düşünür.

Tahir Turan
Globalinfo.az

Paylaş: