Mətbuat Şurası sədrinin müavinləri seçildi

 

Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibdə iclası keçirilib.

Globalinfo.az bildirir ki, APA-nın xəbərinə görə, iclasda ilk olaraq Şuranın sədr müavinləri seçilib.

Səadət Məmmədova və Vüqar Zifəroğlunun namizədlikləri dəstəklənib.

Eyni zamanda, Rey Kərimoğlu Nəzarət-Təftiş Komissiyasının (NTK) sədri, Əvəz Rüstəmov isə icraçı katib seçilib.

İclasda Mətbuat Şurasının komissiyalarının da tərkibi müəyyən edilib.