Mətbuat Şurası İdarə Heyətinin tərkibində dəyişiklik olub

Mətbuat Şurasının İdarə Heyətinin tərkibində dəyişiklik olub.

APA-nın xəbərinə görə, İdarə Heyətinə üzv seçilmiş Niyaz Niftiyev ərizə ilə sədr Rəşad Məcidə müraciət edib.

O, işlərinin çox olması səbəbindən İdarə Heyətinin işində iştirak edə bilməyəcəyini deyib və üzvlükdən imtina edib.