Məşhur kriptovalyuta birjası iflasa uğradı

Böyük kriptovalyuta birjası olan FTX likvidlik böhranı ilə üzləşdiyindən ABŞ-da iflas olduğunu elan edib.

Globalinfo.az xəbər verir ki, bu barədə şirkət “Twitter” səhifəsində məlumat yayıb.

Məlumatda deyilir ki, FTX-nin təsisçisi və baş direktoru Sem Benkmen-Frid baş direktor vəzifəsini tərk edir və onun yerini müvəqqəti olaraq Con Cey Rey tutacaq.

Bildirilib ki, FTX-nin problemləri noyabrın əvvəlində, “CoinDesk” portalının araşdırmasında birjanın ödəniş qabiliyyətli olmadığını elan etməsindən sonra başlayıb. Bunun ardınca vəsaitlərini itirməkdən qorxan investorların reaksiyası özünü çox gözlətməyib – token sahibləri kütləvi şəkildə pullarını birjadan çıxarmağa başlayıblar.