Azərbaycan Mərkəzi Bankı (AMB) 51 sığorta agentinin lisenziyasını müvəqqəti dondurub.

Globalinfo.az bdildirir ki, “APA-Economics” bu barədə quruma istinadən xəbər verir. AMB “Sığorta fəaliyyəti haqqında” Qanunun 106.1.10-cu maddəsinə əsasən müvafiq hesabatın təqdim edilməməsi ilə əlaqədar 31 avqust 2022-ci il tarixli qərarı ilə fiziki şəxs olan sığorta agentlərinə verilmiş lisenziyaların qüvvəsini 3 ay müddətinə dayandırıb. Mərkəzi Bank könüllü müraciətləri əsasında 2 fiziki şəxsə sığorta agentinə verilmiş lisenziyanı isə ləğv edib.

legv 1662377524 don 1662377588 1

 

 

Paylaş: