Məktəblərdə Anım Gününə həsr olunan dərslər keçiriləcək

Təhsil müəssisələrində 27 sentyabr – Anım Günü ilə bağlı tədbirlər təşkil ediləcək, bu günə həsr olunan dərslər keçiriləcək.

Globalinfo.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, təhsil müəssisələrində Anım Günü ilə bağlı konfrans, seminar, mühazirə, “dəyirmi masa”, vebinar, açıq dərslər, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgiləri, yaradıcılıq müsabiqələri və intellektual oyunların keçirilməsi planlaşdırılır: “Eləcə də, məktəblilər arasında idman növləri üzrə yarışların keçirilməsi nəzərdə tutulur”.