Lukaşenkonun səhhəti pisləşdi, Moskvanı tərk etdi

Belarus prezidenti Aleksandr Lukaşenkonun Kremldə keçirilən təntənəli şam yeməyinə qatıla bilməməsinin səbəbi açıqlanıb. 

Globalinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Qələbə paradından sonra Belarus liderinin səhhəti pisləşib.

Səhhəti pisləşdiyi üçün Lukaşenko tələsik Moskvanı tərk edib.

“Hava limanında 68 yaşlı Belarus liderini təcili yardım maşını gözləyirmiş”, – deyə məlumatda qeyd olunub.