Bütün torpaqlarınızı itirəcəksiniz – Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenkonun fikrincə, Ukrayna müharibəyə davam etsə, bütün torpaqlarını itirəcək.

Globalinfo.az xəbər verir ki, bu sözləri A.Lukaşenko ukraynalı jurnalist Diana Pançenkoya müsahibəsində deyib.

“Biz ilk addımı atmalıyıq və ilk addım da sülhdür. Sülh yolunda irəliləməliyik. Siz bu torpaqlar uğrunda vuruşaraq onları itirəcəksiniz”, –  A.Lukaşenko bildirib.

Rusiyada baş vermiş “Vaqner” qiyamına münasibət bildirən A.Lukaşenko deyib ki, Vladimir Putini heç kim devirə bilməz.

Belarus lideri həmçinin ukraynalı həmkarına da tövsiyə verib:

“Volodya, ölkənizdə müharibə gedir, onun kəskinləşməməsi üçün hər şey edilməlidir. Olan olub artıq, günahkarlar bunun üçün cavab verməlidirlər. Ancaq bu sona çatmalıdır”.

Tamerlan Yayaqan
Globalinfo.az