“Mən Venesuelada ABŞ üçün mümkün olan ən yaxşı hərəkət planını təklif etmişdim”.
Globalinfo.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
O qeyd edib ki, amerikalılar buna məhəl qoymayıb:
“Onlar axmaqlıq etdilər. Mən müntəzəm olaraq ABŞ administrasiyasının səhvlərini deyirəm. Venesuela Prezidenti Nikolas Maduro ilə bağlı vəziyyətdə Vaşinqtonun səhv qərar verdiyinə inanıram”.
Belarus lideri Venesuela haqda müzakirələrə amerikalıların öz təşəbbüsü ilə qoşulduğunu bildirib:
“Onlara ideal həll yolu təklif etdim, lakin ABŞ hakimiyyəti qulaqardına vurdu. Maduro mövzusunda yanıldılar. Mən onlara xəbərdarlıq etmişdim”.
Xatırladaq ki, yanvarın 3-də ABŞ Silahlı Qüvvələri Venesuelanın paytaxtı Karakasa və şəhər ətrafındakı hərbi obyektlərə bir sıra zərbələr endirib. Bundan sonra Ağ Ev rəhbəri Cənubi Amerika respublikasının lideri Nikolas Maduronun ələ keçirildiyini bəyan edib.
Əliyar Xəlil
Globalinfo.az