Lukaşenko vəzifəsinin icrasına başladı

WhatsApp Image 2025 01 26 at 15.55.46

Aleksandr Lukaşenko martın 25-də and içmə mərasimini tamamlayaraq Belarus Prezidenti vəzifəsinin icrasına başlayıb.

Globalinfo.az xəbər verir ki, 1100-dən çox insanın dəvət edildiyi mərasim Müstəqillik Sarayının ən böyük zalında keçirilib.

Lukaşenkonun and içməsindən sonra Belarusun Dövlət Himni səsləndirilib, dövlət başçısı sədaqət andını imzalayıb.

Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenko Aleksandr Lukaşenkoya Belarus Respublikası Prezidentinin vəsiqəsini təqdim edib.