Lukaşenko-Putin görüşünün nəticəsi açıqlandı: böyük savaş başlayır?

Rusiya Prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenkonu Ukrayna müharibəsinə qatılmağa razı sala bilməyib.

Globalinfo.az xəbər verir ki, bu məlumatı Müharibə Tədqiqatları İnstitutu yayıb.

“Belarusun Ukraynada müharibəyə daxil olması inandırıcı deyil. Putin Lukaşenkonun tezislərini qəbul edib”, – institutun press-relizində bildirilib.

Liderlərin görüş zamanı Qərb təhdidini müzakirə etdiyi vurğulanıb:

“Lukaşenko Belarus sərhədlərinin Qərb və NATO-dan müdafiə ritorikasından istifadə edir və çalışır ki, Ukraynanın işğalında iştirakdan qaçsın. Əgər bunun əksi olsaydı, o zaman Belarus lideri ritorikasını Qərb təhdidi yox, digər ölkənin aqressiyası ilə əvəz edərdi”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin dünən Belarusa gəlib. Səfərdən az əvvəl Belarusdakı Rusiya qoşunlarının təliminə start verilib.

Zaira Akifqızı
Globalinfo.az