Lukaşenko orduya əmr verdi

Belarus prezidenti Aleksandr Lukaşenko ordunun tam döyüş hazırlığına gətirilməsinə dair göstəriş verib.

Globalinfo.az xəbər verir ki, Lukaşenko müvafiq bəyanatı Minskdə hərbçilərə general rütbəsinin təqdimat mərasimi zamanı deyib.

“Rusiyanın cənubunda baş verən hadisələri izləmək mənim üçün ağrılı idi. Heç bir halda məndən qəhrəman yaratmayın, nə məndən, nə Putindən, nə də Priqojindən. Çünki biz vəziyyəti əldən verdik, sonra həll edəcəyini düşünsək də, amma həll olunmadı. Əksinə, cəbhədə vuruşan iki nəfər toqquşdu. Bu işdə qəhrəman yoxdur”, – Lukaşenko deyib.

Zaira Akifqızı
Globalinfo.az