Lukaşenko Japarovla zarafat etdi – VİDEO

Bu gün Qırğızıstanın paytaxtı Bişkekdə Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin liderlərinin sammiti keçirilir.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan sammitin keçirildiyi Ala-Arça dövlət iqamətgahına hər kəsdən əvvəl gəlib. Onu isə burada Qırğızıstan Prezidenti Sadır Japarov qarşılayıb.

Paşinyanın ardınca isə iqamətgaha Belarus Prezidenti Aleksandr Lukaşenko gəlib. Lukaşenkonun bu zaman qırğız həmkarı ilə dialoqu marağa səbəb olub. Belə ki, Lukaşenko Japarova deyib: “Gecikməmişəm ki? “Mercedes” çətin işə düşür, piyada gəldim”.

Qeyd edək ki, Rusiya və Qazaxıstan Prezidentləri Vladimir Putinlə Kasım-Jomart Tokayev də artıq sammitin keçiriləcəyi məkana gəliblər.