Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün Əlcəzairə rəsmi səfərə gedib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Minsk-Novosti” agentliyi Belarus liderinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Səfər Əlcəzair Prezidenti Abdelməcid Tebbunun dəvəti ilə baş tutub.
Məlumata görə, bu, iki ölkə arasında diplomatik əlaqələrin 30 illik tarixində ali səviyyədəki ilk səfər olacaq.