
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Minskə rəsmi səfəri çərçivəsində oktyabrın 3-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.
Bu barədə Globalinfo.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, Əli Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Belarus dövlətinin başçısına çatdırıb. Görüşdə Azərbaycan ilə Belarus arasında dostluq və tərəfdaşlıq münasibətlərinin uğurla inkişafından məmnunluq ifadə olunub. Qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
X X X
Belarus Prezidenti Aleksandr Lukaşenko noyabrda COP29 iqlim konfransının keçiriləcəyi Bakı şəhərinə gəlmək planlarını təsdiqləyib.
Globalinfo.az xəbər verir ki, bu barədə A.Lukaşenko Minskdə Azərbaycan Baş naziri Əli Əsədovla görüşündə bildirib.
Ə.Əsədov Bakıda keçiriləcək COP29-da iştirakla bağlı Prezident İlham Əliyevin dəvət məktubunu Belarus Prezidentinə təqdim edib.
“Biz Sizin şəxsi iştirakınıza xüsusi önəm veririk, bu, konfransa ayrıca status verəcək”, – baş nazir vurğulayıb.