lukasenko 0 900x502 1

Belarus Prezidenti Aleksandr Lukaşenko 31 Ukrayna vətəndaşını əfv edib və onların ölkələrinə qaytarılmasına imkan yaradıb. 

Globalinfo.az xəbər verir ki, bunu Belarus liderinin mətbuat katibi Natalya Eysmont açıqlayıb.

O, prosesin ABŞ Prezidenti Donald Trampla Lukaşenko arasında əldə olunan razılaşma əsasında həyata keçirildiyini bildirib.

“Ukrayna tərəfinin də xahişi ilə qonşu dövlətdə yaşanan silahlı münaqişənin humanizm prinsiplərini rəhbər tutaraq və xoşməramlılığın təzahürü olaraq müxtəlif cinayətlərdə ittiham olunan 31 ukraynalının əfvinə qərar verilir”, – Eysmont qeyd edib. 

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: