IMG 20240324 191822 799

Sankt-Peterburqda “London Mall” ticarət mərkəzinə bomba qoyulması barədə polisə məlumat verilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları məlumat yayıb.

Polisə Kollontai küçəsindəki London Mall-a partlayıcı yerləşdirdiyini bildirən bir şəxs zəng edib.

Ziyarətçilər bomba xəbərinə görə təxliyə edilib.

Əraziyə minaaxtaranlardan ibarət xüsusi komanda cəlb edilib.

İlkin məlumata görə, zəng edən şəxs saxlanılıb.

Ölkənin Fövqəladə Hallar Xidməti dəqiqləşdirib ki, ticarət kompleksində partlayıcı olması ilə bağlı yayılan xəbər yalandır.

IMG 20240324 191822 446 IMG 20240324 191822 399

Paylaş: