Lökbatan qəsəbəsində anbarda baş verən yanğın zamanı Fövqəladə Hallar Nazirliyinin (FHN) helikopterləri indiyədək 77 atış həyata keçirib.
Bu barədə Globalinfo.az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, indiyədək yanğın baş verən əraziyə ümumilikdə 200 ton su tökülüb.
Hazırda atışlar davam edir.
***11:38
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində anbarda baş verən yanğın zamanı Fövqəladə Hallar Nazirliyinin (FHN) helikopterləri indiyədək 45 atış həyata keçirib.
Globalinfo.az bildirir ki, “Report”un əldə etdiyi məlumata görə, bu atışlar zamanı ümumilikdə 115 ton su yanğın baş verən əraziyə tökülüb.
Hazırda atışlar davam edir.