Lökbatanda dava qanla bitdi: Qohumunu güllələdi

Mayın 22-də saat 18 radələrində paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində qohumlar arasında şəxsi münasibətlər zəminində silahlı mübahisə olub.

DİN-in mətbuat xidmətindən Globalinfo.az-a bildirilib ki, 1967-ci il təvəllüdlü Əlməhəmməd Orucovu ov tüfəngindən atəş açmaqla xəsarət yetirməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Rəşad Cəfərov polisin əməkdaşlarının keçirdiyi tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

Ə.Orucov xəstəxanaya yerləşdirilib.

R.Cəfərovdan özünə məxsus cinayət aləti olan ov tüfəngi aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

Zaira Akifqızı 

Globalinfo.az