Liviyanın sahilləri yaxınlığında 1 milyon barel neft daşıyan “Vilamoura” tankerində partlayış baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi gəminin operatoru olan “TMS Tankers” şirkətinə istinadla məlumat yayıb.
Partlayışdan sonra tanker Yunanıstana aparılacaq və orada mütəxəssislər dəymiş ziyanı qiymətləndirəcəklər. Hadisə zamanı gəmi heyətindən xəsarət alan olmayıb, ətraf mühitin çirklənməsi qeydə alınmayıb.
Partlayışın səbəbləri barədə hələlik rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, “Bloomberg”in məlumatına görə, “Vilamoura” tankeri bu ilin aprel ayından etibarən iki dəfə guya Rusiya limanlarına daxil olaraq Qazaxıstan neftini daşıyıb.
Aysel Əliyeva
Globalinfo.az