Liviyada daşqın nəticəsində ölənlərin sayı 2 min nəfəri ötdü

Liviyada “Daniel” qasırğasının yaratdığı daşqınlar nəticəsində ölənlərin sayı artıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Liviya DİN məlumat yayıb.

Məlumata görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 2 min nəfəri ötüb, 5 mindən çox adam itkin düşüb.

Xatırladaq ki, sentyabrın 10-da Liviyanın şimal-şərqini vuran “Daniel” siklonu sahilyanı şəhərlərə güclü küləklər, leysan və tufanlar gətirib.