
İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Livanın Sayda şəhərində HƏMAS komandirinin olduğu avtomobili vurub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Naharnet” xəbər portalı məlumat yayıb.
Nəticədə Samir əl-Hac ölüb, avtomobildə olan daha bir döyüşçü yaralanıb.
Qeyd olunub ki, əl-Həcc Sayda şəhərinin kənarında yerləşən Ayn əl-Hilvə fələstinli qaçqın düşərgəsində təhlükəsizlik xidmətinə rəhbərlik edib.