Josep Borrell

Avropa İttifaqı ölkələri Livandakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırmaq niyyətindədir. 

Globalinfo.az xəbər verir ki, bunu 27 üzv dövlətin xarici işlər nazirlərinin fövqəladə videokonfransından sonra Aİ diplomatiyasının rəhbəri Josep Borrell deyib.

O bildirib ki, istənilən hərbi müdaxilə vəziyyəti kəskin şəkildə pisləşdirəcək.

“Üzv ölkələr BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırmağa hazırlaşır və biz atəşkəsə nail olmaq üçün bütün diplomatik səyləri göstərəcəyik. İstənilən hərbi müdaxilə vəziyyəti kəskin şəkildə pisləşdirəcək və bunun qarşısını almaq lazımdır”, – deyə Borrell vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: