1674394167 630 360 1665545215 184 1132x670 1

Livan və İsrail arasında gərginlik yaranıb.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, Livanın rəsmi “NNA” agentliyi İsrailin Livan sərhədini pozduğunu yazıb.

Bildirilib ki, Livanın cənubundakı Hunin qəsəbəsində “Mavi xətt” keçilib. Livan ordusu döyüş hazırlığı vəziyyətinə gətirilib.

İsrail tərəfindən hələlik reaksiya verilməyib.

Qeyd edək ki, İsrail və Livan arasında 87 kilometrlik dövlət sərhədi var. “Mavi xətt” BMT vasitəçiliyi əsasında müəyyən olunan sərhəd xəttini ifadə edir.

Paylaş: