Livan İrandan uçuşlara qoyulan qadağanın müddətini uzatmaq qərarına gəlib.
Globalinfo.az xəbər verir ki, bu barədə Livan Prezidenti Administrasiyası məlumat yayıb.
Məlumata görə, Livan Prezidenti Cozef Aun və nazirlərin iştirakı ilə keçirilən iclasda Beyrutdakı beynəlxalq hava limanının təhlükəsizliyi səbəbilə qadağanın bir müddət daha uzadılması qərara alınıb.
Uçuşların nə zaman bərpa ediləcəyi ilə bağlı məlumat verilməyib.
Aysel Əliyeva
Globalinfo.az