Livan ərazisindən İsrailə hücumlar oldu

Livan ərazisindən İsrailə hücumlar olub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusu məlumat yayıb.

Bildirilib ki, İsraildəki Dov dağı istiqamətində zərbələr endirilib.

Təfərrüatlar hələ ki, məlum deyil.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 400 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını açıqlayıb.