Litva həmin ölkələrin sırasına qoşuldu

litva

“Biz atəşkəsdən sonra sülhməramlı missiyada iştirak etmək üçün Ukraynaya qoşun göndərməyə hazırıq”.

Globalinfo.az xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda deyib.

“Hərbi kontingentimizin konkret sayından danışırıq. Digər Avropa ölkələri də Ukraynanı dəstəkləmək öhdəliyi götürməlidir”, – deyə o bildirib.

Qeyd edək ki, Avropa İttifaqı (Aİ) 2025-ci ilin əvvəlindən Ukraynaya sülhməramlıların göndərilməsini aktiv şəkildə müzakirə edir. Bu tezislər ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli istiqamətində fəaliyyətə başlamasından sonra daha da güclənib.

Əliyar Xəlil
Globalinfo.az