Liqa İsraillə bağlı qərar verdi: Çempionat burada olmayacaq

Kişilər arasında su polosu üzrə Avropa çempionatı 2024-cü ildə İsraildə keçirilməyəcək.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, bu barədə Avropa Üzgüçülük Liqası müvafiq qərar qəbul edib.

Turnir gələn il yanvarın 3-dən 16-dək Netaniyada keçirilməli idi.

Avropa Üzgüçülük Liqası 2024-cü ildə kişilər arasında su polosu üzrə Avropa çempionatının hansı ölkədə keçiriləcəyi barədə hələ qərar verməyib.