messi 900x600 1

Argentina millisinin hücumçusu və kapitanı Lionel Messi futbol tarixində Dünya çempionatlarının pley-off mərhələsində 15 oyun keçirən ilk futbolçu olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) mətbuat xidməti məlumat yayıb.

“Onun 15-ci pley-off oyunu 2026-cı il dünya çempionatının İsveçrə millisi ilə keçirilən 1/4 final qarşılaşması olub. Argentina həmin görüşdə 3:1 hesabı ilə qalib gəlib. Bununla Messi 2014-cü il dünya çempionu Almaniya millisinin sabiq hücumçusu Miroslav Klozenin rekordunu geridə qoyub. Kloze dünya çempionatlarının pley-off mərhələsində 14 oyun keçirmişdi”, – deyə bildirilib.

Qeyd edək ki, yarımfinalda Argentina İngiltərə millisi ilə qarşılaşacaq. İngiltərə 1/4 final mərhələsində Norveçi məğlub edərək növbəti mərhələyə yüksəlib. Görüş iyulun 15-də keçiriləcək.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: