Vaşinqton Milli Kafedralında amerikalı siyasətçi, senator Lindsi Qremlə vida mərasimi keçirilir.
Globalinfo.az Reuters-ə istinadla xəbər verir ki, mərasimdə ABŞ Prezidenti Donald Trampla yanaşı, müxtəlif ölkələrdən rəsmilər, o cümlədən bu gün görüşlər keçirdiyi Ukrayna Prezidenti Volodimir Zelenski və İsrailin Baş naziri Benyamin Netanyahu da iştirak edir.
Ağ Ev rəhbəri çıxış edərək Lindsi Qremin həyat və fəaliyyətindən danışıb.
Qeyd edək ki, daha əvvəl senatorun cənazəsi vida üçün Kapitoli binasına aparılıb.
Xatırladaq ki, Lindsi Qrem iyulun 11-də 71 yaşında vəfat edib.

Aysel Əliyeva
Globalinfo.az