Liderlərimiz yeni hədəflər ortaya qoyur

Liderlərimiz Recep Tayyip Erdoğan və İlham Əliyevin inkişaf etdirdiyi üstün siyasət və strategiya, birlikdə daha güclü olacağımız anlayışı ilə yeni üfüqlər açır və yeni hədəflər ortaya qoyur.

Globalinfo.az xəbər verir ki, bunu Bakıda Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyinə həsr olunmuş keçirilən tədbirin açılış mərasimində Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı deyib.

“Baxış və missiyamıza rəhbərliyi isə Şuşa Bəyannaməsi edir. Türkiyə və Azərbaycan arasında xarici ticarət dövriyyəsinin həcmi 7 milyard dollara çatıb. Prezidentlərimizin göstərdiyi yaxın vədəli hədəfimiz bu rəqəmi 15 milyard dollara çatdırmaqdır”, – səfir qeyd edib.