Avropaya inteqrasiya çətinləşdirilsə belə, hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası LGBT təbliğatını qadağan edən qanunu ləğv etməyəcək.
Globalinfo.az xəbər verir ki, bunu partiyanın icraçı baş katibi Mamuka Mdinaradze bildirib.
“2 və ya 3 il gecikmək bizim üçün daha yaxşıdır, amma LGBT təbliğatına qarşı qanunu heç vaxt ləğv etməyəcəyik”, – o deyib.