Leyla Əliyevadan Yeni il təbriki – FOTO

“Yeni iliniz mübarək! Allah hamınıza cansağlığı, xoşbəxtlik və bol-bol sevgi qismət etsin!”

Globalinfo.az xəbər verir ki, bu sözləri sosial şəbəkə səhifəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva yazıb.

“Arzu edirəm ki, birlikdə çoxlu xeyirxah işlər görək və bu dünyanı nurlandıraq! Sevginizə və dəstəyinizə görə minnətdaram! Sizi çox sevirəm!”, – o əlavə edib.