MyCollages 2023 12 12T102656.923

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Xocalı soyqırımının şahidi olmuş Dürdanə Ağayevanın dəfn mərasiminə əklil göndərib.

Globalinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, əklil mərhumun məzarı önünə qoyulub.

Qeyd edək ki, Xocalı soyqırımı zamanı səkkiz gün erməni girovluğunda qalmış Dürdanə Ağayeva dünən uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib. 1972-ci ildə Xocalıda anadan olan Dürdanə Ağayeva soyqırımı zamanı ermənilər tərəfindən girov götürülüb, 8 gün erməni girovluğunda qalıb. D.Ağayeva əsirlikdən sonra “Erməni zindanında səkkiz gün” kitabını yazıb.

durdanee

Paylaş: