Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva sosial şəbəkə hesabında paylaşım edərək doğum günü münasibətilə ünvanlanan təbriklərə görə təşəkkürünü bildirib.
Globalinfo.az xəbər verir ki, paylaşımda deyilir:
“Əziz dostlar, təbriklərinizə görə minnətdaram. Allah hamını qorusun və xeyirxahlığa, nura, sevgiyə və özümüzə olan inamımız qəlblərimizi heç zaman tərk etməsin”.