Leyla Abdullayeva səfir kimi ilk açıqlamasını verdi: “…əlimdən gələni edəcəyəm”

“Azərbaycanın Fransadakı səfiri vəzifəsinə təyinata görə Azərbaycan Respublikasının Prezidenti, Zati-Aliləri cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm”.

Globalinfo.az xəbər verir ki, bu barədə Leyla Abdullayeva bildirib.

“Bu yüksək etimadı doğrultmaq, Azərbaycan-Fransa münasibətlərinin inkişafına töhfə vermək üçün əlimdən gələni əsirgəməyəcəyəm”, – səfir qeyd edib.

Xatırladaq ki, Leyla Abdullayeva Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi idi.