Leyla Abdullayeva Fransanın yeni səfiri ilə görüşdü – FOTO

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransanın Azərbaycana yeni təyin olunan səfiri Ann Buayon (Anne Boillon) ilə görüşüb.

Globalinfo.az bildirir ki, bunu azərbaycanlı diplomat tviterdə yazıb.

“Azərbaycana yola düşməzdən əvvəl səfir Ann Buayon ilə səmimi və çox faydalı fikir mübadiləsi apardıq. Səfirə mühüm missiyasında uğurlar arzulayıram”, – o bildirib.