Leyla Abdullayeva Fransada həmkarları ilə görüşdü

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva İtaliya və Cibutinin Parisdəki səfirləri ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə azərbaycanlı diplomat tvitter hesabında yazıb.

Bildirib ki, bu gün iki həmkarı ilə görüşərək ikitərəfli məsələləri müzakirə edib:

“Mən həmkarlarım – İtaliya səfiri Emmanuela Alessandro və Cibuti səfiri Ayed Musseid Yəhyaya ikitərəfli və regional məsələlərdə səmərəli dialoqa görə, təşəkkür edirəm”.