ursula von der leyen speech september 2023

“Ticarət danışıqları uğursuz olarsa, Avropa İttifaqı ABŞ-a qarşı əks tədbirlər görəcək”.

Globalinfo.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula von der Leyen yeni tariflərin tətbiqini şərh edərkən deyib.

“Aİ ixracatına 30% tariflərin tətbiqi kritik transatlantik tədarük zəncirlərini pozacaq, Atlantikanın hər iki tərəfindəki bizneslərə, istehlakçılara zərər verəcək”.

Leyen avqustun 1-dək ABŞ-la danışıqlara və razılığa gəlməyə hazır olduğunu bəyan edib edib.

O, Aİ-nin maraqlarını qorumaq üçün bütün lazımi addımları atacağını, o cümlədən zəruri hallarda əks tədbirlər görəcəyini vurğulayıb.

Xatırladaq ki, Donald Tramp avqustun 1-dən Aİ və Meksikadan gələn mallara 30% rüsum tətbiq ediləcəyini açıqlayıb. Onun sözlərinə görə, bu ölkələrin hakimiyyət orqanları oxşar qərar qəbul etsələr, daha sərt tədbirlər görüləcək.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: