“Ukraynaya iki milyon mərmi, eləcə də 1,5 milyard avro veriləcək”.
Globalinfo.az xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula Von der Leyen Kopenhagendə keçirdiyi brifinqdə deyib.
“İlin sonuna qədər biz iki milyon mərmi tədarük edəcəyik. Həmçinin Ukraynanın müdafiəsinin gücləndirilməsinə 1,5 milyard avro sərmayə qoymuşuq”, – Leyen bildirib.
O, əlavə edib ki, bunun üçün Rusiyanın kapitalından istifadə olunacaq:
“Bu pulların mənşəyi çox vacibdir. Biz Rusiya aktivlərindən istifadə edirik. Əslində, Ukraynaya verilən silahların əvəzini Rusiya ödəyir”.
Von der Leyen Avropa ölkələrinə Ukraynanın müdafiəsinə sərmayə qoymağa imkan verən “Save Safe” proqramını da xatırladıb:
“Ukraynanın daha çox ehtiyacı var. Buna görə də, birgə satınalmalar üçün Save Safe proqramı mövcuddur. Bu puldan ölkələr Ukraynanın müdafiəsinə sərmayə yatırmaq üçün yararlana bilərlər”.
Əliyar Xəlil