leyen

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen gələn həftə Ermənistana səfər etməyə hazırlaşır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, genişlənmə məsələləri üzrə komissar Marta Kos da daxil olmaqla Aİ nümayəndə heyəti Ermənistana səfər edəcək:

“İyulun 1-nə planlaşdırılan səfərin əsas məqsədi parlament seçkilərində qələbə qazandıqdan sonra Ermənistanın Baş naziri Nikol Paşinyana siyasi dəstək nümayiş etdirməkdir. Səfər proqramı hələ tam təsdiqlənməsə də, Paşinyanın ölkəni Moskvanın təsirindən uzaqlaşdırmaq və Avropa İttifaqı ilə əlaqələri daha da dərinləşdirmək siyasəti fonunda baş tutacağı qeyd olunur”.

Nəşrin həmsöhbətlərindən biri deyib ki, Ermənistan Rusiyanın davamlı təzyiqləri ilə üzləşir və bu səfər Aİ-nin İrəvana açıq dəstəyinin nümayişi olacaq.

“Ermənistanın Rusiya tərəfindən güclü və davamlı təzyiqə məruz qaldığını görürük. Bu səfərin məqsədi aydın mesaj verməkdir: Avropa sizin yanınızdadır”, – deyə mənbə vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az

 

Paylaş: