Levon Zurabyan: “Dövlət sistemimiz xarici qüvvələrin oyuncağına çevrilib”

“Bizim dövlət sistemimiz çoxsaylı xarici qüvvələrin oyuncağına çevrilib”.

Globalinfo.az xəbər verir ki, bunu erməni siyasətçi Levon Zurabyan deyib:

“Geosiyasi proqramların, ideoloji kampaniyaların və xarici elitaların təsiri tədricən bizim cəmiyyətimizə yansıyanda, insanlar bir-birinə nifrət edən kütlələrə bölünəndə biz hər şeyimizi itirdik. Bizim dövlət quruluşumuz da eyni situasiya ilə üzləşdi. Belə ki, hökumətimiz əldən-ələ keçən çoxsaylı xarici qüvvələrin oyuncağına çevrildi, dövlət öz yeganə missiyasından, erməni xalqının maraqlarına xidmət etməkdən əl çəkdi”, – Zurabyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az