Lentsov azərbaycanlı generallara nə təklif edib? – Detallar bilindi

Rusiya sülhməramlılarının Qarabağda Azərbaycan tərəfi ilə apardığı danışıqların detalları bəlli olub.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı “Hraparak” qəzeti yayıb.

Məlumata görə, danışıqlar dünən də davam edib. Belə ki, danışıqlar “3+2” formatında baş tutub. Rusiya tərəfdən 3 nəfər, Azərbaycan tərəfindən 2 rəsmi nümayəndə (general) qatılıb. Sülhməramlıların nümayəndə heyətində Andrey Volkov və Aleksandr Lentsov da olub.

Vurğulanıb ki, Lenstov Laçındakı yeni postun ləğvinə, əvəzində X-ray sisteminin quraşdırılmasına çalışıb.

Qeyd edək ki, az öncə eyni mətbuat orqanı Lentsovun Qarabağa müvəqqəti göndərildiyini və onun tezliklə Rusiyaya qayıdacağını yazmışdı.

Dünən Rusiya Müdafiə Nazirliyi rəsmi şəkildə Lentsovun Qarabağdakı sülhməramlıların komandanı təyin olunduğunu təsdiqləmişdi.

İlkin Həsənov
Globalinfo.az