
Xəzər dənizində meyiti tapılan balıqçı ilə bağlı bəzi detallar məlum olub.
Globalinfo.az Baku TV-yə istinadən məlumat verir ki, meyit bir müddət əvvəl itkin düşən balıqçılardan biri Nazim Abbasova aiddir.
“Dənizdə işləyərkən onu suyun üzərində gördük, çıxarıb ailəsinə təhvil verdik. Mərhumu öncədən tanımamışam, dənizdə işləyən zaman bir-iki dəfə görmüşdüm”, – deyə balıqçı Mais Məmmədov bildirib.
Ətraflı süjetdə:
***14:06
Lənkəranın Siyavar kəndinin Xəzər dənizi sahilində aşkarlanan meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
APA-nın məlumata görə, meyit bu gün saat 11 radələrində Astara rayonunun Şahağac kəndi ərazisində balıqçılar tərəfindən aşkarlanıb.
***11:39
Lənkəran rayonunun Siyavar kəndi ərazisində kişi meyiti aşkarlanıb.
Globalinfo.az Teleqraf.com-a istinadən xəbər verir ki, meyit bir müddət əvvəl itkin düşən balıqçılardan birinə aiddir.
Qeyd edək ki, yanvarın 13-də Lənkəran şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində itkin düşdüyü ehtimal edilən balıqçılar – 1984-cü il təvəllüdlü İbayev Mahmud Əbdüləli oğlu və 1968-ci il təvəllüdlü Abbasov Nazim Səməd oğlunun axtarışları davam etdirilirdi.