Lənkəranda yandırılmış meyitin kimliyi məlum oldu – YENİLƏNİB

Lənkəranda yandırılmış vəziyyətdə tapılan meyitin kimliyi məlum olub

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Globalinfo.az-a bildirilib ki, polis və prokurorluq əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində meyiti aşkar olunmuş şəxsin Lənkəran şəhər sakini, 1970-ci il təvəllüdlü Əli Eldar oğlu Cahangirov olduğu müəyyən edilib.

Hazırda faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirlir.

***

Lənkəran rayonunda meyit tapılıb.

Globalinfo.az-ın Report-a istinadən məlumatına görə, Lənkəran rayonunun “Kiçik bazar” deyilən ərazisində yandırılmış vəziyyətdə olan meyit aşkarlanıb.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.

Meyitin kimə məxsus olması və hadisənin hansı zəmində baş verdiyi araşdırılır.