Lənkəranda iş adamına qarşı qeyri-adi əməl: oğru görün nə etdi – VİDEO

Lənkəran rayon Boladi kəndində ikimərtəbəli fərdi yaşayış evinə girən oğru oranı yandırıb.

Hadisə şahidlərinin Globalinfo.az-a verdiyi məlumata görə, hadisə gecə saat 3 radələrinə baş verib.

“Oğurluq edən Şaiq Mirzəyev qonşudur. O, bir neçə ay öncə həmin evdə usta olaraq çalışırdı. Ev sahibinin ata-babasından qalan ov tüfəngi var idi, usta da bunu bilirdi. Evdəkilərin Rusiyada olduğunu bilib fevral ayında gəlib, tüfəngi oğurlayıb. Lakin onların geri dönəcəyini bilən kimi, izi itirmək üçün qəsdən evi yandırıb. Maraqlıdır ki, yanğınsöndürən gələnə kimi, oğru özü də bizə yanğını söndürməyə kömək edirdi”, – deyə qonşular bildirib.

Qeyd edək ki, evi yandırılan şəxsin iş adamı olduğu deyilir.

Zaira Akifqızı
Globalinfo.az