6a7b23603fa096a7b23603fa0a1786454880d07cbc4df73776cd42b1c29a3ed22dd1

Lənkəranda itkin kimi axtarılan iki nəfərin meyiti tapılıb.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, hadisə Lənkəran rayonunun Havzava kəndində baş verib.

Bir neçə gündür ailə üzvləri tərəfindən axtarılan – 1997-ci il təvəllüdlü Xəzər Vurğun oğlu Mirzəyev və 2010-cu il təvəllüdlü Fidan Şahid qızı Məmmədovanın meyiti Lənkəranda “İbadi” deyilən meşəlik ərazidə aşkarlanıb.

Hazırda ölüm səbəbləri araşdırılır.

Meyiti tapılan şəxslərin qohum olduqları bildirilir.

Paylaş: