Layihələri qalib gələn QHT rəhbərləri görüşə çağırılacaq

ulviyye qarayeva

Aprelin əvvəlində 2025-ci il qrant müsabiqələrində layihələri qalib gələn QHT-lərin rəhbərləri ilə görüş keçiriləcək.

Globalinfo.az modern.az-a istinadən xəbər verir ki, bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva bildirib.

QHT rəhbərlərilə görüşdə layihələrin icrasından gözləntilər diqqətə çatdırılacaq, suallar cavablandırılacaq.

Görüşdə Prezident Administrasiyasının, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin məsul şəxslərinin iştirakı gözlənilir.