Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-ın Lavrovun təklifindən imtina etməsinə reaksiya verib.
Globalinfo.az xəbər verir ki, Zaxarova ABŞ hökumətinə ironik sual ünvanlayıb.
“Belə çıxır ki, Trampa qarşı sui-qəsd cəhdi haqqında da belə deyə bilərik: “Bəzilərinin təhdid kimi qəbul etdikləri şey demokratiyadır?”, – Zaxarova vurğulayıb.
XAtırladaq ki, Sergey Lavrov daha öncə bildirib ki, Rusiyaya qarşı Qərbdən gələn təhdidləri aradan qaldırmaq üçün konkret addımlara ehtiyac var. Və bunlar siyasi və diplomatik həll yolu ilə həyata keçirilməlidir. O, həmçinin Ukrayna böhranının qiymətləndirilməsini BMT-yə təqdim edəcəyinə söz verib.
Lakin ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ukrayna böhranının köklü səbəblərini aradan qaldırmaq təklifini rədd edib.
Müşviq Tofiqoğlu
Globalinfo.az